Çərşənbə , Noyabr 11 2026
azfa

Mürtəza Pərvin Evin zindanının xəstəxanasına köçürülüb

GADTB: Evin Həbsxanasında həbsdə olan azərbaycanlı fəal Mürtəza Pərvin ailəsinələ zəng edərək həbsxana nəzarətçiləri tərəfindən döyülmə və aldığı xəsarətlərin nəticələrinin müalicəsi üçün Evin Həbsxana Xəstəxanasına köçürüldüyünü açıqlayıb.

Həmin azərbaycanlı fəal Tehran həbsxanasından xüsusi nəzarətçi tərəfindən Evin həbsxanasına köçürülərkən ayaqları, qolları və kürəyindən xəsarət alıb.

Pərvin ailəsinə yaxın mənbələrdən verilən məlumata görə, döyüləndən sonra o, sidiyə çıxmaqda çətinlik çəkib və müalicə üçün dünən Evin Həbsxana Xəstəxanasına köçürülüb.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …