Cümə axşamı , Yanvar 9 2025
azfa

İran qəsdən Urmiya gölünü sürətlə qurudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin yarıtmaz siyasəti və gölə tökülən çayların qarşısını kəsməsi nəticəsində Güney Azərbaycanın Urmiya gölü sürətlə qurudulur.

Artıq gölün suyunun həcmi 2 milyard kubmetrdən çox azalıb.

Şərqi Azərbaycan vilayətinin Su İdarəsinin rəisi bu barədə deyib: “Urmiya gölünün suyunun həcmi 3,14 milyard kubmetr qiymətləndirilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard kubmetrdən çox azalma göstərir”.

O, daha sonra qeyd edib: “Gölün qeyd olunan səviyyədəki sahəsi təqribən 2495 km 72 sm-dir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2019 kv.km-dən çox azalma deməkdir”.

Həmçinin yoxlayın

Abdülkadir Uraloğlu Türkiyənin ilk 5-ci nəsil peykinin fəaliyyətinə dair dəyərləndirmələr aparıb

GADTB: Nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Türkiyənin 2021-ci ildə “Türksat 5A” peyki ilə ku …

Təbrizdə İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın posterləri paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı milli fəal Azərbaycan …