Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İran dövləti Ramazan bayramı öncəsi onlarla ərəb fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT orqanı Ramazan bayramı ərəfəsində artmaqda davam edib.

Xüsusilə öncəki illərdə olduğu kimi, bu il də ərəblərin onlarla siyasi və mədəni fəalı terrorçu Sepah-ın Xuzistan idarəsinin terror kəşfiyyatı xidməti tərəfindən çağırılaraq həbs edilib.

Bəzi məhbusların saatlarla davam edən gərgin sorğu-sualdan sonra sərbəst buraxıldığı, bəzilərinin isə hələ də təcridxanalarda saxlandığı bildirilib.

Tutulanlardan birinin Əhvaz sakini Əli Təmimi olduğu və bundan əvvəl dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə məhkum edildiyi deyilir.

Qeyd edək ki, İran rejimi qeyri-fars millətləri, o cümlədən etnik ərəbləri ciddi şəkildə basqı altında saxlayır.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …