Cümə , Sentyabr 25 2026
azfa

İran Qriqoryan rejimi azərbaycanlı xanımları Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi üçün həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  İran Qriqoryan rejimi azərbaycanlı xanımları Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Azərbaycana dəstək aksiyasında iştirak etditi üçün Ərdəbil zindanına saldı.

Qriqoryan molla rejimi Qarabağa dəstək aksiyası zamanı yaxaladığı milli fəal Mərziyə Cavanşir və bacısını Ərdəbil zinanına köçürüb.

Cavanşir ailəsinin dediyinə görə, milli fəalların səhhəti, eləcə də nədə ittiham olunduqları barədə heç bir məlumat yoxdur.

İran Qriqoryan rejiminin təhlükəsizlik orqanları Cavanşir bacılarının ailələri ilə əlaqə saxlamalarına da icazə vermir.

Eyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmu (Urmiya), Zəncan və Ərdəbil şəhərlərində, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın