Çərşənbə , Aprel 24 2024
azfa

İran rəsmisi: Hesab edirik ki, dil fərqi İran və Ermənistan xalqlarını bir-birindən ayıra bilməz

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Ekologiya Təşkilatının sədri Əli Səlaceqe ekologiya nazirlərinin regional iclası çərçivəsində Ermənistanın ekologiya naziri ilə görüşüb.

İran və Ermənistanın tarixi və mədəni köklərinə toxunan Səlaceqe deyib: “Biz hesab edirik ki, dil fərqi İran və Ermənistan xalqlarını bir-birindən ayıra bilməz. Necə ki, ölkəmizdə yaşayan əziz erməni soydaşlarımız İran vətəndaşlığının bütün hüquq və üstünlüklərindən yararlanırlar”.

O əlavə edib: “Biz qonşu ölkələr sevincdə də, kədərdə də bir yerdə olmalı, xalqlarımız bu dostluğun, mehribanlığın sayəsində xoş günlər yaşamalıdırlar”.

Ermənistan tərəfindən Araz çayının suyunun daim çirkləndirilməsinə göz yuman iranlı nazir ölkəsinin ekoloji problemlərlə bağlı dəyərli təcrübəsinin olduğunu iddia edib, İranın bu təcrübəni region ölkələri ilə, o cümlədən “dost və qardaş” Ermənistanla bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə Ermənistanın ekologiya naziri Hakob Simidyan da İran və Ermənistan arasında müxtəlif sahələrdə geniş əməkdaşlığın olmasına toxunub.

Uzun illərdir işğalçı Ermənistanın Araz çayına müxtəlif zəhərli maddələr axıdaraq çayın flora və faunasına, həm də ətraf bölgələrə ciddi ziyan vurduğu bir halda, erməni nazir Arazın suyunun keyfiyyətinin və kəmiyyətinin yaxşılaşğdırılması üçün lazımi tədbirlər görmək əzmində olduqlarını iddia edib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …