Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycan ərazilərinə iddia edən kürdlərin deputatları Urmiya gölünün bərpasına qarşı çıxıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ərazilərinə iddia edən mühacir kürdlərin deputatları iddia etdikləri Azərbaycan ərazilərini özlərininki bilmədikləri üçün Urmiya gölünün bərpasına qarşı çıxıblar.

İyulun 12-də İran məclisində Urmiya Gölünün Bərpası Qərargahının fəaliyyəti ilə bağlı araşdırma tələbinin təsdiqi və gölün bərpası üçün yeni layihələrin səsə qoyulması zamanı əsasən kürd və fars deputatlar bunun əleyhinə çıxıblar.

Urmiya gölünün bərpasının əleyhinə səs verən deputatlar arasında Qərbi Azərbaycan əyalətindən İran məclisində təmsil olunan 4 kürd deputatın da adı var.

Salmas şəhərindən deputat Yəqub Rzazadə, Bukan şəhərindən deputat Ənvər Həbibzadə, Soyuqbulaq şəhərindən deputat Calal Mahmudzadə və Sərdəşt-Piranşəhr şəhərlərindən deputat Kamal Hüseynpurdur.

Qeyd edək ki, iyulun 12-də İran məclisinin açıq iclasında məsələ ilə bağlı müzakirələrdə 223 deputat iştirak edib.

Onlardan 182 nümayəndə Urmiya Gölünün Bərpası Qərargahının fəaliyyəti ilə bağlı araşdırma tələbinin təsdiqi ilə bağlı Kənd Təsərrüfatı, Su və Təbii Sərvətlər Komissiyasının təklifi və gölün bərpasının lehinə, 52 əleyhinə səs verib və 12 deputat tərəfsiz qalıb.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …