Çərşənbə , Noyabr 20 2024
azfa

İran rəsmisi Urmiya gölünün yanlış siyasət nəticəsində quruduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən İran parlamentinin Sənaye və Mədən Komissiyasının üzvü Adil Nəcəfzadə etiraf edib ki, Urmiya gölü hökumətin yanlış siyasəti nəticəsində quruyub.

Millət vəkili vurğulayıb ki, aparılan araşdırmalara əsasən, 12 min il əvvəldən indiyə qədər Urmu gölündə heç bir quraqlıq olmayıb.

Onun sözlərinə görə, hökumət rəsmiləri göllə bağlı aparılan araşdırmalardan düzgün istifadə edə bilməyiblər. Eyni zamanda, o, bildirilib ki, Urmu gölünün su hövzəsində 30-dan çox bənd tikilməməli idi.

Həmçinin ekoloq və ətraf mühit mütəxəssisi Əli Məhəmmədi məsələ ilə bağlı deyib ki, Urmiya gölünün quruması və ekoloji problemin dərinləşməsinin səbəbləri arasında alma bağlarının genişləndirilməsi və gölə axan çayların üzərində qurulan çoxsaylı su bəndləridir.

O, bununla yanaşı əyalətdə modern suvarma üsulundan istifadə edilməməsinin də gölün qurumasında əhəmiyyətli dərəcədə rol oynadığına diqqət çəkib.

Urmu gölünün qurumasının iqtisadi təsirlərlə yanaşı bölgə əhalisinin səhhətinə də mənfi təsir göstərdiyini deyən Əli Məhəmmədi, gölün qurumuş yatağından qalxan duz fırtınalarının ətraf bölgələrdə yaşayanların miqrasiyası ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Həmçinin yoxlayın

Quterreş COP29-la bağlı “Böyük İyirmilik” ölkələrinə çağırış edib: Bakıda uğur qazanmalıyıq

GADTB: Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmasaq artan təbii fəlakətlər bütün ölkələrin iqtisadiyyatına …

Qaşqay türklərinin milli geyiminin lorların adına rəsmiləşdirilməsinə etiraz çağırışı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin milli geyiminin lorların adına rəsmiləşdirilməsindən sonra …