Cümə , Sentyabr 18 2026
azfa

Avropa İttifaqının İrana qarşı yeni sanksiyalar tətbiq etdi

GADTB: İranın gəmiçilik şirkəti, bir fiziki şəxsi Rusiya və İranın 4 qurumu sanksiyalar siyahısına salınıb.

Bugünkü qərar Avropa İttifaqından İrana raket və dronların hazırlanması və istehsalında istifadə olunan hissələrin ixracını, ötürülməsini, tədarükü və ya satışını qadağan edir.

Müvafiq qərarla İran hərbi texnikasının ötürülməsində istifadə edilən, həmçinin sanksiyalar siyahısında olan şəxslər tərəfindən idarə olunan və ya məxsus olan limanlara tranzaksiyalar qadağan edilib.

Sanksiya tətbiq edilən limanlara Əmirabad və Ənzəli limanları da daxil olunub.

Həmçinin bu gün Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsində Tehranın Moskvaya hərbi dəstəyinə görə İrana qarşı daha çox sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Bu tədbirlərə raket və dronların istehsalında istifadə olunan hissələrin İrana ixracına Aİ tərəfindən qadağa qoyulması daxildir. Bildirilib ki, İranın gəmiçilik xətləri və onun rəhbəri Məhəmməd Rza Xiyabani də daxil olmaqla bir şəxs və dörd qurumun Rusiyaya dronların və silahların ötürülməsindəki roluna görə sanksiyaya məruz qalması Avropa İttifaqının yeni qərarları sırasındadır.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …