Bazar ertəsi , Oktyabr 26 2026
azfa

İran rejimi 4 ildir Atalay adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Şərqi Azərbaycandakı Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin Təbriz bölməsi 4 ildir Atalay adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir.

Bununla bağlı Atalayın atası Əli Aslani məlumat paylaşaraq bildirib ki, buna səbəb kimi adın türk mənşəli olmasını əsas gətiriblər.

Əli Aslani deyib ki, doğum şəhadətnaməsi verilmədiyi üçün uşaq müayinə, müalicə və peyvənd olunmaq və s. tibbi xidmətlərdən məhrum qalıb. Qeyd edək ki, İranın irqçi fars rejimi Azərbaycan Türk Millətini bir millət kimi asssimliyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türkcə ad qoymağı qadan edib. Ona görə də illərdir çox sayda azərbaycanlı valideyn İranın bu irqçi siyasəti ilə mübarizə aparıb və çox çətinliklə bəziləri öz övladlarına istədiyi adı qoya biliblər.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …