Şənbə , Oktyabr 24 2026
azfa

Rus qüvvələri Fərrux istiqamətinə toplanır

Rusiya sülhməramlı missiyasının komandanlığı “ehtiyat qüvvələrini Fərrux kəndi sahəsində cəmləşdirmək” qərarı qəbul edib.

Bu haqda xəbəri Azadlıq Radiosunun erməni xidməti yayıb. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Telegram kanalına istinadən yayılan xəbərə görə, bu, “Azərbaycan qoşunlarının daha da irəliləməsinin qarşısının alınması” üçün edilir.

Sayt iddia edir ki, bugünlərdə çəkiliş qrupu Fərrux kəndinin yaxınlığındakı Pirlər  kəndində olub. Lakin “yerli polis” çəkilişi qadağan edib. Xəbərdə qeyd olunur ki, kənddə vəziyyət gərgin imiş. Kənd sakinlərinin sözlərinə görə Azərbaycan silahlı qüvvələri “qonşu yüksəklikdədirlər”.

Bugünlərdə baş vermiş eskalasiyadan sonra kənddə yalnız kişilər qalıb. Qadınlar və uşaqlar Xankəndiyə və Qarabağın başqa təhlükəsiz yaşayış məntəqələrinə evakuasiya olunublar.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …