
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Musa Ziya Gərgəri və Muxtar İbrahimiyə bir yerdə 11 il həbs cəzası verdi
Sulduz və Marağa şəhərlərindən olan türk milli-mədəni fəallar barəsində həbs qərarını rejimin Marağadakı İnqilab Məhkəməsinin 11-ci şöbəsi çıxarılıb.
Fəalların yaxınlarının verdiyi məlumata görə, həbs qərarını həmin məhkəmənin hakimi Cabbari şifahi şəkildə fəalların vəkili Əsgər Məhəmmədiyə açıqlayıb.
Rejim tərəfindən şərlənən azərbaycanlı fəal Muxtar İbrahimi rejimin İnqilab Məhkəməsinin qərarına əsasən “hökumətə qarşı təşkilat, qrup yaratmaq və müxalif qrup və şəbəkələrə üzv olmaq”da ittihamı edilərək 10 il həbs cəzasına məhkum edilib. Musa Ziya Gərgəriyə qarşı isə “Sistemə qarşı təbliqat” ittihamı ilə 1 il həbs cəzası verilib.
Qeyd edək ki, Muxtar İbrahimi avqustun 26-da Marağada, Musa Ziya Gərgəri isə sentyabrın 16-da Sulduzda rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.
Onlar bir müddət sonra girov qarşılığında məhkəmə prosesinin başlanılmasına qədər müvəqqəti sərbəst buraxılmışdılar.