Şənbə , Noyabr 27 2021
azfa

İran rejimi azərbaycanlı milli fəal Nadir Sadiqianı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim noyabrın 1-də azərbaycanlı milli-mədəni fəal Nadir Sadiqianı Təbrizdəki Cinayət Məhkəməsinin 111-ci şöbəsində hakim Rza Füruğinin sədrliyi ilə mühakimə etdi.

Nadir Sadiqianın vəkili Əsgər Məhəmmədinin verdiyi məlumata görə, azərbaycanlı fəal “Kiber məkanda kommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”də ittiham olunur.

Bundan öncə Nadir Sadiqian oktyabrın 23-də hakim Rəhim Həmlbərin sədrliyi ilə rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə olunmuşdu.

Qeyd edək ki, Nadir Sadiqian iyulun 26-da Təbrizdə rejimin məmurları tərəfindən yaxalanmış və 11 avqustda Təbrizdə zindana köçürülmüşdü. Azərbaycanlı fəal avqustun 14-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …