Çərşənbə , Aprel 22 2026
azfa

İran rejimi azərbaycanlı müəllimlərə təzyiq edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney azərbaycanın Zəngan əyalətinin Əbhər şəhərindən olan müəllim və ictimai fəal Əhməd Təqəvi həbs edib.

Aprelin 25-də İranın təhlükəsizlik məmurlarının müəllimin evinə hücum edərək, onu qandallayıb və naməlum istiqamətə aparıblar.

Azərbaycanlı müəllimin mayın 1-də təyin olunmuş müəllimlərin etiraz mitinqi ilə əlaqədar saxlanldığını bildirib.

O, bütün müəllimləri İran Müəllimlər Birliyinin etiraz aksiyalarına qoşulmağa çağırmışdı. Eyni zamanda həmin şəhərdə azərbaycanlı müəllim Behzad İslami də təhlükəsizlik orqanlarına çağrılaraq təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …