Kürdlər Sulduzda azərbaycanlılara qarşı terror törətdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd terror qruplaşmaları Güney Azərbaycanın Sulduz şəhərinin “Şeyx Məruf” kəndini atəşə tutmaqla əhaliyə qarşı terror törədiblər.

Bazar günün Sulduzun “Şeyx Məruf” kəndinin otlaq sahələrinə iddia edən kürdlər, Təbii Sərvətlər Nazirliyinin yerli idarəsinin otlaq sahələrin onlara məxsus olmadığı ilə bağlı çıxardığı qərara əhəmiyyət verməyib və türklərin sahələrə girişinin qarşısını almağa çalışıblar.

Kürdlərin azərbaycanlılar yaşayan kəndə atəş açıb terror törətmələri nəticəsində Müslüm Süleymani, Nasir Cavadian, Adil Cani, Əmir Cani və Behnam Səfdəri adlı tük kəndlilər yaralanıb. Onlardan üçünün durumunun ağır olduu üçün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinə köçürülüb, iki nəfər isə Sulduz xəstəxanasına yerləşdirilib.

Kəndin telefon və internet əlaqəsi kəsilib, eyni zamanda kənd İran İnqilab Keşikçiləri Korpusunun (terrorçu Sepah-ın) məmurları tərəfindən mühasirəyə alınaraq giriş-çıxışa nəzarət edilir.

Terror törədən kürd terrorçuların adlarının da məlum olduğu bildirilir. Yunis, Himən, Rəhim, Mehdin və Şuriş Dudkanlu adlı kürdlərin terror törətdiyi bildirilir.

Qeyd edək ki, son ilıər mühacir və terrorçu kürdlər Azərbaycan torpaqlarına, Qərbi azərbaycan şəhər və kəndlərinə iddiaları yenidən çoxalıb və İran rejimi də muhacir kürdləri dəstəkləyir.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …