Çərşənbə axşamı , İyul 27 2021
azfa

İran rejimi azərbaycanlı siyasi məhbusları Evin zindanının ETTELAAT bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Tehranın Evin zindanının 4-cü və 8-ci bölmələrində həbsdə saxladığı 3 azərbaycanlı siyasi məhbusu zindanın ETTELAAT bölməsinə köçürüb.

Rejim iyunun 16-da Siyamək Mirzayi, Tohid Əmirəmini və Kiyanuş Aslanini bir neçə gün öncə Ərdəbil zindanında aclıq aksiyası keçirən azərbaycanlı siyasi Məhbus Abbas Lisaniyə dəstək verdikləri üçün bir neçə saat sorğu-suala çəkib.

Qeyd edək ki, Abbas Lisani, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq iyun ayının 12-dən aclıq aksiyasına başlamışdı.

İyunun 12-dən aclıq aksiyasına başlayan Abbas Lisani və Yusif Kariyə daha sonra dəstək və həmrəylik məqsədilə daha üç azərbaycanlı siyası məhbus Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi də qoşulub. Bu gün isə Evin zindanında həbsdə olan daha üç azərbaycanlı siyasi məhbus da qoşulub.

İyunun 14-də isə Tehranın Evin həbsxanasında saxlanılan daha 3 Güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi, Behnam Şeyxi və Kiyanuş Aslani aclıq aksiyasına başladıqlarını bildirmişdilər.

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …