İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi Muğan bölgəsində Azərbaycan neftini qarət etmək məqsədilə artıq neftçıxarma qurğuları yerləşdirib.

İran məclisindəki Parsabad, Bilesvar və Aslanduzdan olan deputat Muğanın Cəfərabad bölgəsində qazma qurğusunun yerləşdirilməsini bildirib. O Azərbaycanın neft sərvətlərinin talanına başanmasına toxunmadan, deyib: Allah istəsə Muğan nefti vilayət üçün bir bərəkət olacaq.

Abbas Cahangirzadə əlavə etdi: Neftqazma avadanlıqlarının bir hissəsi bölgəyə gətirilib, digər hissəsi tezliklə gətiriləcək.

Lakin deputatın neftin Azərbaycana fayda verə biləcəyi barədə dedikləri həqiqəti əks etdirmir. Çünki, İran rejimi Azərbaycanın yalnız yeraltı sərvətlərini talamaqla məşğul olur. Xuzistanda, Orta Şərqdə ən böyük qızıl mədəninə sahib olan Tikantəpədə (Tikab) və yüksək mis ehtiyatlarına sahib Varzeqanda biz Azərbaycanın necə müstəmləkə şəklində sərvətlərinin talandığını görürük.

Həmçinin yoxlayın

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəalların həbsindən 17 ay ötür

GADTB: Azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin …

İranın qatı müxalifi CENTCOM-a rəhbər təyin edildi

GADTB: ABŞ prezidenti Donald Tramp admiral Bred Kuperin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yeni komandanı vəzifəsinə …