Çərşənbə , Sentyabr 23 2026
azfa

İran rejimi azərbaycanlı əsgəri qeyri-müəyyən vəziyyətdə Təbrizdəki zindanda həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərindən olan Əkbər Hüseyni İranın Təbrizdəki zindanının hərbi bölməsində qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Məhbusun ağır fiziki durumda olduğu, müxtəlif xəstəliklərə yoluxmasına baxmayaraq zaminə buraxılmayıb. Bildirlir ki, azərbaycanlı əsgər imkansızlıq üzündən vəsiqəni təmin edə bilmədiyi üçün zaminə buraxılmayıb.

Əkbər Hüseyninin 2021-ci il yanvar 4-də 2019-cu ildə İranda baş verən noyavr etirazları zamanı övladları öldürülən və həbs olunan anaların etiraz kampaniyasına dəstək verdiyi üçün həbs olunduğu bildirilir.

Azərbaycanlı əsgər Şərqi Azərbaycan əyalətinin Hərbi Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkəyə qarşı müxalif qruplara üzv olmaq” ittihamına görə 9 ay, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 4 ay həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, mərəndli məhbusa zindanın hərbi bölməsində ağır işgəncələr verildiyi üçün onun sağlıq durumunun ağır olduğu bildirilir.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …