Cümə axşamı , Sentyabr 24 2026
azfa

Ukrayna Rusiyanın 17200 hərbçisi və çox sayda təyarəsini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müharibənin 33-cü günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, fevralın 24-dən martın 27-nə qədər düşmənin 17.200-dən çox əsgəri, 597 tankı, 1710 hərbi zirehli maşını, 303 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 127 təyyarə, 129 helikopter, 1.178 avtomobil texnikası, 7 gəmi/kater, 73 yanacaq sisterni, 71 PUA, 21 xüsusi texnika, 4 ədəd taktiki raket kompleksi məhv edilib.

Dünən isə Ukrayna ordusu Rusiyanın 8 təyyarəsini, 3 helikopterini, 4 PUA və 2 qanadlı raketini məhv edib. Bu haqda Ukrayna HHM Komandanlığının rəsmi Feysbuk səhifəsində məlumat paylaşılıb.

“Birləşmiş Qüvvələr Qruplaşması Donetsk və Luqansk istiqamətində sutka ərzində düşmənin 7 hücumunu dəf ediblər. Döyüşçülərimiz 12 tank, 10 PDM və 3 avtomobil texnikasını zərərsizləşdiriblər. Düşmən canlı qüvvə sarıdan böyük itki verib”, – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …