Cümə axşamı , Oktyabr 29 2026
azfa

İran rejimi azərbaycanlı fəal Davud Şirini həbs cəzasının tətbiqi üçün məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Təbriz sakini olan azərbaycanlı fəal Davud Şirini həbs cəzasının tətbiqi üçün məhkəməyə çağırıb.

Davud Şiri öz İnstagram hesabında məhkəmənin elektron bildirişinin surətini paylaşıb. Həmin bildirişə görə, 30 gün ərzində Şirinin məhkəməyə gedərək özünü təslim etməsi, əks halda zəmanət məbləğinin dövlət tərəfindən müsadirə ediləcəyi qeyd edilir. Bildiriş Təbriz Cinayət Məhkəməsinin 11 saylı şöbəsi tərəfindən verilib.

Fəalın məhkəmə tərəfindən çağırılması onun 6 aylıq həbs cəzasının tətbiq edilməsi ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, Davud Şiri ilkin məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilmişdi. Apellyasiya Məhkəməsi isə bu hökmü 6 aya endirib. O, “Sistemə qarşı təbliğat aparmaq” və “GAMAC adlı təşkilata üzv olmaq” ittihamları ilə mühakimə edilərək, 3 il həbsə məhkum edilmişdi.

Davud Şiri 2019-cu ilin noyabrında İranda benzinin qiymətinin qəfildən artması ardından baş qaldıran etirazlar zamanı nəzarət altına alınmışdı. Həmin etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı hökumət tərəfindənöldürülüb, minlərlə vətəndaş həbs edilmişdi.

Həmçinin yoxlayın

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …