Şənbə , Sentyabr 26 2026
azfa

İran rejimi azərbaycanlı fəal Məhəmməd İmamini şallaq, cərimə və həbs cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki İkinci Cinayət Məhkəməsinin 113-cü şöbəsi azərbaycanlı milli fəal Məhəmməd İmamini 16 ay həbs, 40 şallaq zərbəsi və cərimə cəzasına məhkum edib.

Azərbaycanlı fəal rejimin göstərişi ilə rejimin polis məmuru Əmir Rüfəti Esfəngəranin şərləməsi və şikayəti əsasında mühakimə olunub.

Şərlənən azərbaycanlı fəal “Polis məmurunu qəsdən döyümə və xəsarət yetirmə” və “qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək”də ittiham edilib.

Həmçinin məhkəmə fəala qarşı çıxarılan həbs cəzasının icrasının 5 il müddətinə gecikdirilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, iyulun 24-də Məhəmməd İmami onlarla başqa azərbaycanlı fəalla eyni dövrdə  Təbrizdə keçirilən etirazlarla bağlı həbs edilmişdi. Fəal bir müddət sonra 80 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …