Şənbə , Aprel 20 2024
azfa

Sepah-ın Kəşfiyyat İdarəsinin keçmiş rəis müavini İranın anti-Azərbaycan addımlarını ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Sepah-ın Kəşfiyyat İdarəsinin Ərdəbil vilayəti üzrə şöbəsinin rəisinin keçmiş müavini, polkovnik Əli Rzayi “Amerikanın Səsi”nə müsahibə verib.

O, bu haqda deyib: “Azərbaycan və İran arasında əldə olunan neft svop anlaşması çərçivəsində İran Astarada Azərbaycandan neft almalı və ondan daxili istehlak üçün istifadə etməli, qarşılığında isə Təbrizdən Naxçıvana neft göndərməli idi. Həmin vaxt Ərdəbil vilayətinin başçısı Əhmədinejad öz əlaltıları Kərim Fəthi və Sadiq Məhsuli ilə birlikdə Astarada Azərbaycandan təhvil aldıqları nefti daxili istehlak əvəzinə qaçaqmalçılıq yolu ilə Ermənistana göndərir, bununla da böyük sərvət əldə edirdilər”.

Rzayi daha sonra əlavə edib: “Sepah guya Xudafərin su bəndini tikmək bəhanəsi ilə 5 kilometr (keçmiş) işğal altındakı Qarabağ torpağında özü üçün hərbi baza yaratmış və həmin bazadan silah və narkotik maddə qaçaqmalçılığı məqsədləri üçün istifadə edirdi. İkinci Qarabağ savaşı başladığında isə Azərbaycan Ordusu həmin əraziyə çatarkən, İran Azərbaycan qüvvələrinin qabağını kəsdi ki, həmin vaxt ərzində Sepah qurduğu bazanı boşalda bilsin.  Hətta Azərbaycan Ordusunun guya təkfirçi qruplaşmalardan istifadə etdiyi iddiasını da bu məqsədlə ortaya atmışdı ki, Azərbaycan Ordusu ilə hansısa qarşıdurma yaranarsa, ictimai fikri bu iddiaya inandırsın”.

Xatırladaq ki, həmin vaxt Azərbaycan ordusu İranla birbaşa qarşıdurma yaşamamaq üçün başqa yolla irəliləməyə davam etmişdi.

“SEPAH-ın (Güney) Azərbaycandakı Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Taib “Azərbaycanın Müdafiəçiləri” adlı diviziya yaradıb. SEPAH-ın təqaüdə çıxmış bəzi zabitləri guya separatçılıqla mübarizə aparmaq üçün Kərim Fəthinin (Sepahın korrupsioner komandanlarından) başçılığı altında həmin diviziyada cəmləşiblər”,- deyə o vurğulayıb.

“Amerikanın Səsi”nin aparıcısı Mehdi Fəlahətinin həmin verilişin ən demokratik! və İrana qarşı ən ciddi müxaliflərin də Azərbaycanla bağlı məsələlərdə İranın yanında olduqlarını bir daha sübut etmək üçün Azərbaycan haqda söhbəti tez-tez dəyişirdi. 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …