Çərşənbə axşamı , Aprel 23 2024
azfa

İran rejimi azərbaycanlı fəal Pərviz Siyabi Gürcanini saxta ittihamlarla 16 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı hüquqşünas və fəal Pərviz Siyabi Gürcani 16 il həbs cəzasına məhkum edib.

Ərdəbil İnqilab Məhkəməsi hüquqşünasa qarşı bir neçə ağır ittiham irəli sürərək onun uzun müddətli həbsinə qərar verib.

Rejimin məhkəməsi azərbaycanlı fəalı müxtəlif saxta ittihamlarla “Sistemə qarşı media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İranın müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.

Rejimin məhkəməsi həmçinin azərbaycanlı milli fəala qarşı “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da da ittiham edib.

İranın təhlükəsizlik və kəşfiyyat idarəsinin Ərdəbil bölməsinin hesabatına istinadən verilən məhkəmə qərarında Pərviz Siyabinin kiberməkanda və teleqram qruplarında fəaliyyəti, audio fayllar yayması, 24 iyul tarixində Təbrizdə keçirilən etiraz aksiyalarına dəstək verməsini cinayət hesab olunub.

Məhkəmənin qərarında yazılıb: Pərviz Siyabi Gürcani Abbas Lisaninin başçılıq etdiyi qeyri-qanuni “Güney Azərbaycan” qrupunun üzvü olmaqda ittiham edilib.

Həmçinin rejim qanunsuz “Telegram” qruplarının digər üzvləri ilə də fəal əlaqədə olmaqda ittiham edilib.

Aydındır ki, müttəhim bu qrupların məqsədləri ilə tanış olub və kifayət qədər biliyə malik olub. Üçüncüsü, cinayətkar qrupun təhlükəsizlik əleyhinə cinayətləri əlaqələndirmək məqsədilə idarə olunması sübuta yetirilib.

Cənab Siyabinin bu qruplarda etdiyi hərəkətlər yalnız adi bir insanın hərəkətləri deyil, həm də idarəçi və təşkilatçılıqdan irəli gələn hərəkətlərdir”.

Məhkəmə qərarında həmçinin yazılıb: “Cinayət məhkəməsi təqsirləndirilən şəxsə “müharibə dərəcəsinə qədər olmayan” və 2013-cü ildə təsdiq edilmiş İslami Cinayət Məcəlləsinin “Cəzalar və çəkindirici cəzalar” kitabının 498, 499 və 500-cü maddələrini və 134-cü maddənin A bəndini və 18-ci maddəsini və B bəndini əsas götürərək, təqsirləndirilən şəxsə hökm çıxarıb.

Törətdiyi cinayətlərin sayına, cinayət məqsədli hərəkətlərə rəhbərlik və onların irəli aparılmasındakı rolunun əhəmiyyətinə, bölgədə, xüsusən də azəridilli türklər yaşayan bölgələrdəki digər gəncləri cinayətə və separatizmə təhrik etdiyinə, özünə bağlı olan qrupların fikir qaynağı olduğuna  görə, cinayətkar qrupa rəhbərlik etdiyinə görə 10 il, cinayətkar qrupa üzvlüyünə görə 5 il, sistem əleyhinə təbliğat fəaliyyətinə görə isə 1 il azadlıqdan məhrumetmə cəzası verilir”.

Pərviz Siyabi Gürcüani barəsində çıxarılan qərarın son bölümündə ona aid olan və axtarış zamanl götürülən şəxsi əşyaları barədə belə yazılıb: “Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülən texniki təchizat və ona aid olan başqa əşyalar, o cümlədən: noutbuk, mobil telefonlar, rəsmi və qanuni lisenziyaya malik “Keyhan” qəzetinin arxivi və s. 2013-cü ildə təsdiq edilmiş İslam Cəza Qanununun 215-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə qaytarılır.

Bununla yanaşı lisenziyası olmayan filmlər, kitablar və jurnallar da daxil olmaqla başqa materiallar, yuxarıdakı maddəyə uyğun olaraq ETTELAAT-ın nəzarəti altında hökumətin xeyrinə müsadirə edilir”.

Qeyd edək ki, Pərviz Siyabi Gürcani iyulun 25-də rejimin məmurları tərəfindən yaxalanmışdı. O, avqustun 5-də dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və avqustun 29-da 250 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …