Çərşənbə axşamı , Sentyabr 1 2026
azfa

İran rejimi Urmiya gölünün qurudulmasına etiraz edənləri 7 ildi qeyri-müəyyən vəziyyətdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, vəsiqə qarşılığında zaminə buraxılan Urmiya gölünün qurudulmasəna etiraza görə yaxalanmış azərbaycanlı fəallar Əta Kərimi, Qulam Quluzadə, Əli Əzizi və Sina Həsəninin yaxalanmasından 7 il keçməsinə baxmayaraq hələ də dosyelərinə baxılmayıb. Azərbaycanlı fəallar vəsiqə girov qoyub zaminə buraxılıblar.

Həmin fəallar noyabrın 21-də Urmiyada rejimin Ümumi və İnqilab məhkəməsinə müraciət edərək öz dosyelərinin vəziyyəti ilə maraqlanıblar. Onlara bildirilib ki, əgər dosyelərinə baxılmasını istəsələr, zindana salınacaqlar.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar 2015-ci ilin iyun ayının əvvəllərində Urmiya gölünün qurudulması və ekoloji fəlakətə etiraz etdikləri üçün yaxalanıb, “Sistemə qarşı təbliğat”da ittiham edilmişdilər. Terrorçu Sepah-ın kəşfiyyat bölməsi tərəfindən yaxalanan fəallar daha sonra girov qarşısında zaminə buraxılmışdılar

2016-cı ilin may ayında fəallara bəraət verildi. Lakin rejimin prokurorunun müavininin etirazı ilə bəraət ləğv edildi.

2019-cu ildə isə Əta Kərimi və Əli Əzizi Urmiyada rejimin Ümumi və İnqilab məhkəməsi tərəfindən “Milli təhlükəsizliyə qəsd”də ittiham edilərək girov üçün təyin edilən vəsiqənin miqdarı artırıldı.

Urmiya gölünün qurudulması və ekoloji fəlakətin baş verməsinə etiraz olaraq 2014-cü ildə 20 nəfər azərbaycanlı fəal rejim tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Skott Besent: SEPAH-ın 100 milyon dollarlıq evlərini və hesablarını müəyyənləşdirmişik, hamısını bloklayacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Besent Vaşinqtonun terrorçu SEPAH qruplaşmasının və onunla əlaqəli bütün şirkət …

Tarixi Azərbaycan ərazisinin Bijar bölgəsinin Yasukənd ərazisində üzüm festivalı keçiriləcək

GADTB: Kürdüstan ostanına ilhaq edilmiştarixi Azərbaycan ərazisi olan Bijarın Yasukənd şəhəri (Həsənabad Yasu­kənd) şəhrivərin 22–23-də …