Şənbə , May 18 2024
azfa

Ukrayna ordusu Rusiyanın Krımdakı qüvvələrinin 90%-i məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krımdakı rus dəniz piyadaları şəxsi heyətinin 90%-ə qədərini itirib, Luqans vilayətindən isə hər gün Rusiyaya əsgər meyirləri daşınır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkə hesabında qeyd edib.

Baş Qərargahdan bildirilib ki, Rusiya ordusu ciddi itkilər verməyə davam edir.

Həmçinin “Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ötən gün Rusiyanın 3 döyüş helikopterini vurub. Qarşı tərəf martın 19-da və martın 20-nə keçən gecə hücum əməliyyatı keçirməyib. Düşmən qismən məhv edilən texnikanı bərpa edib, xarici muzdluları Ukrayna ilə sərhəd rayonlara yerləşdirib”. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya müvəqqəti olaraq nəzarət etdiyi ərazilərdə sərt inzibati-polis rejimi ilə humanitar böhran yaradır: “Ötən sutka Ukraynanın Dnepropetrovsk vilayətinin Apostolov şəhərindən Xersona göndərilən ərzaqla və ilkin tələbat üçün dərman preparatları ilə dolu 14 yük maşını əraziyə buraxılmayıb. Bu yolla yerli sakinləri onlarla əməkdaşlığa məcbur etmək istəyirlər. Rusiya hərbçiləri nəzarət etdikləri ərazilərdə Ukrayna vətəndaşlarına kredit borclarını siləcəklərini, yerli iş adamlarına isə biznes fəaliyyətləri üçün güzəştlər vəd edirlər. Məlum olub ki, Rusiya Silahlı Qüvvələri Kostroma 331-ci Qvardiya paraşüt zərbə alayının Kiyev istiqamətində döyüşən hərbçilərindən yalnız biri sağ qalıb. O da hazırda hospitaldadır”.

Məlumatda deyilir ki, yaranmış şərait fonunda Rusiya Qara Dəniz Donanmasının komandanlığı müqavilə əsasında xidmət edən 810-cu piyada dəniz desantlarının 7-ci desant-hücum diviziyasının 130 hərbçisini əvəzləmək üçün təcili tədbirlər görür. Onların gələcək xidməti barədə qərarı Rusiya Federal Təhlükəsizlik Xidməti qəbul edəcək.

Ukraynanın Donetsk vilayəti üzrə Rusiyanın kuratoru 1-ci ordu korpusuna yeni qüvvələri cəlb etmək üçün növbəti səfərbərlik elan edib. Səfərbərlik üçün yaş həddini 65-ə qaldırıblar. Rusiyanın nəzarəti altında olan Luqansk vilayətində fəaliyyət göstərən 2-ci ordu korpusundan hər gün əsgər meyitləri ilə dolu yük maşınları Luqansk, Sorokina və Dovjansk yaşayış məntəqələrinə gəlir.

Həmçinin yoxlayın

Azərbaycan Milli Məclisi Lüksemburqun Azərbaycana qarşı qərəzli qətnamə ilə bağlı bəyanat yaydı

GADTB: Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda deyilir: …

Molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli fəaldan hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcdə həbs etdiyi azərbaycanlı milli …