Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejimi azərbaycanlı valideynlərə övladlarına türkcə Elcan adı qoyduğuna görə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Güney Azərbaycanın Germi şəhərindən olan Məhərrəm Qasimi oğluna türkcə Elcan adı qoyduğuna görə şəxsiyyət vəsiqəsi ala bilmir.

Məhərrəm Qasimi bu barədə özünün İnstaqram səhifəsində məlumat paylaşıb.

Qasimi bildirib ki, oğluna Elcan adı seçdiyi üçün İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsindən ona şəxsiyyət vəsiqəsi verilmir.

Şəxsiyyət vəsiqəsi ala bilmədiyi üçün Elcan tibbi xidmətləri və vaksinasiyadan məhrum olub.

Məhərrəm Qasimi qeyd edib ki, Ərdəbil əyaləti və Germi şəhərində İran Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarələri türkcə həmin ada şəxsiyyət vəsiqəsi verməkdən boyun qaçırdıqdan sonra o başqa qurumlara müraciət edib.

Məhərrəm Qasimi Germi İcra Hakimiyyətinə məktub yazıb. Ancaq bu günə kimi müraciətinə cavab verilməyib və oğlu sənədsiz qalıb.

Qeyd edək ki, İran rejimi Azərbaycan Türek Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz dillərində övladlarına ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …