Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Rejimin məmurları azərbaycanlı fəal Müctəba Doholi Zunuzu yaxalayaraq sorğu-suala tutublar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zunuz şəhərindən olan azərbaycanlı fəal Müctəba Doholi Zunuz iyulun 5-də heç bir səbəb göstərilmədən İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq sorğu-suala tutulub.

Məhkəmə qərarı olmadan məmurlar azərbaycanlı fəalı iki saat müddətinə sorğu-suala tutublar.

Qeyd edək ki, Müctəba Doholi “Zunuzun Adınə Qızıl Mədəninin İstixracına Müxaliflər Cəmiyyəti” “Teleqram” kanalının məsullarından biridir.

Azərbaycanlı fəal Kerman şəhərindən olan “Azərmaskan İranian” Şirkətinin Zunuzun qızıl mədənlərini istixrac etməsini tənqid etdiyinə, bununla bağlı etdiyi paylaşımlara görə yaxalanıb.

Müctəba Doholinin Zunuz şəhərinin Polis qüvvələri komandirinin şəxsi göstərişi əsasında yaxalanıb hədələndiyi bildirilir.

Müctəba Doholi sosial şəbəkələrdə Azərbaycan mədənlərindən əldə edilən konsentrantların başqa bölgələrə daşınmasına etiraz edib.

Azərbaycanlı fəal mədənlərin qeyri-standart şəkildə ixracı nəticəsində bölgədə yaranan ekoloji problemlər və ətraf mühitin məhv edilməsi barədə yaydığı tənqidi və maarifləndirici fəaliyyəti ilə tanınır.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …