İran rejimi azərbaycanlı yazıçı və tərcüməçi Mehdi Səlimini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı  yazıçı və tərcüməçi Mehdi Səlimini məhkəməyə çağırıb.

Fəala göndərilən bildirişdə qeyd olunub ki, məhkəmə iclası 2021-ci il mayın 10-da Tehran şəhərinin İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçiriləcək.

Azərbaycanlı yazıçıya qarşı yalan ittihamlar, o cümlədən sistem əleyhinə təbliğat aparmaq, insanları əxlaqsızlığa sövq etmək, ölkənin təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək və dini müqəddəsləri təhqir etmək ittihamları irəli sürülüb.

Azərbaycanlı yazıçı cinsiyyət nəzəriyyəsi barədə tanınmış dünya alimlərinin əsərlərindən tərcümələr etdib, bir sıra elmi-tədqiqat məqalələri yazdığı üçün əxlaqsızlığı yaymaqda günahlandırılıb.

Qeyd edək ki, azərbaycanlı yazıçı 2020-ci il iyulun 7-də Güney Azərbaycanın Əhər şəhərindəki ata evində həbs edilib və həmin il avqustun 17-də 500 milyon tümənlik zəmanət qarşılığında zaminə buraxılmışdır.

Rejimin məhkəməsi daha öncə Mehdi Səliminin zaminə buraxılması üçün 1 milyard 200 milyon tümən dəyərində vəsiqə tələb etmişdi. Lakin yazıçının bu məbləğdə zəmanətin təmin edə bilməyəcəyini açıqladığından  sonra tələb olunan vəsiqənin dəyəri 500 milyon tümənə endirilmişdi.

Mehdi Səlimi iyulun 7-də Əhər şəhərindəki ata evində yaxalanmışdı. O yaxalandıqdan sonra, Təbrizə, daha sonra Tehranda Evin zindanında 209-cu bölməyə köçürülmüşdü. Azərbaycanlı yazıçı iki həftə həmin bölmədə dindirildikdən sonra Evin zindanının ümumi bölməsinə köçürülmüşdü.

Fəal yaxalandığı vaxt ona aid bir sıra şəxsi əşyalar, o cümlədən mobil telefon, kompüter və yazıları rejim tərəfindən müsadirə edilmişdi.

Rejim azərbaycanlı yazıçını şərləyərək “Sistemə qarşı təbliğat aparmaq”, “insanları əxlaqsızlığa sövq etmək”, “Ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək və dini müqəddəsləri təhqir etmək”də ittiham etmişdi.

1984-cü il təvəllüdlü Səlimi Yəzd Universitetində təhsil alıb. Əvvəllər “Zoğal” onlayn jurnalının baş redaktoru, “Mindmotor” saytının müdiri olan azərbaycanlı yazıçı bir çox kitab və məqalələr tərcümə edib.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …