Bazar , Sentyabr 27 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı İranda edamların sayının artdığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatının 2020-ci ildə dünya üzrə edamlarla bağlı son hesabatı yayımlanıb.

Hesabatda təşkilat koronavirus səbəbi ilə edamların sayının azaldığı diqqətə çatdırıb. Hesabata əsasən 2020-ci ildə yalnız 18 ölkədə 483 edam icra edilib. Bu da 2019-cu ildə qeydə alınan 657 edamdan yüzdə 26 azdır.

Hesabatda bildirilir ki, ancaq təhlükəli virus İran və Çin kimi ölkələrin edam listəsinin zirvəsində yer almasını əngəlləyə bilməyib.

Məlumata görə, ötən il İranda 246 nəfər edam edilib. Təşkilat bildirir ki, edama məhkum edilənlərin azı 23-ü kütləvi etirazlar zamanı tutuqlanıb. Hesabatda məhkumların insan haqlarının pozulması və itkin düşmələri kimi məsələlərə də toxunulub.

“Human Rights Watch” bu şəxslərlə bağlı keçirilən məhkəmələrin ədalətli olmadığını vurğulayıb.

Hesabatda həmçinin qeyd edilir ki, İranda icra edilən 3 edam hökmü 18 yaşına çatmayan məhbuslarla bağlı olub.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …