Cümə axşamı , Avqust 18 2022
azfa

İran rejimi Babək qalasına yürüşə mane olmaq üçün azərbaycanlı fəalları hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Babək qalasına yürüşə mane olmaq üçün azərbaycanlı fəalları hədələyərək onlara təzyiq göstərir.

İranın müxtəlif şəhərlərdə olan ETTELAAT İdarəsi çox sayda azərbaycanlı fəala zəng edərək, onlardan yürüşə qatılmamağı tələb edib.

Rejimin ETTELAAT məmurları azərbaycanlı milli-mədəni fəallaı illik qurultaya qatılacaqları təqdirdə həbs olunacaqları ilə hədələyiblər.

Qeyd edək ki, bir neçə gündür Təbriz, Ərdəbil, Sulduz, Urmiya, Ocan, və başqa şəhərlərdə azərbaycanlı milli fəallar Babək qalası qurultayına çağırışla bağlı posterlər yaymaqla əhalini iştiraka dəvət etmişdilər.

İran rejimi bundan sonra təşkilatçılıqda şübhəli bildiyi çox sayda azərbaycanlı fəalı sorğu-suala çəib, və azərbaycanlı fəallara təzyiq göstərməkdədir.

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin …