Çərşənbə , Yanvar 15 2025
azfa

İran rejimi erməni təcavüzünü pisləyən Həmid Məhəmmədtağızadəni zindana köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejiminin ETTELAAT İdarəsinin göstərişi ilə Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə təcavüzünü pislədiyinə görə yaxalanan azərbaycanlı milli-mədəni fəal Həmid Məhəmmədtağızadə Təbrizin Mərkəzi həbsxanasına köçürülüb.

Azərbaycanlı fəal oktyabrın 18-də Təbrizdə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əməliyyatlara dəstək və İranın işğalçı Ermənistan rejiminə göstərdiyi dəstəklərə etiraz etmək üçün təşkil edilmiş mitinqdə saxlanılıb.

Hakimin mülki vəsiqə qərarı çıxarmaqdan imtina etməsi səbəbindən Həmid Məhəmmədtağızadə qeyri- müəyyən vaxta qədər qalması üçün Təbriz zindanına köçürülüb.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …

Bir cavab yazın