Çərşənbə axşamı , Aprel 14 2026
azfa

İran rejimi Mərənddə türk kitabları sərgisinə mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Mərəınd şəhərində türk kitabları sərgisinə mane olub.

Bu barədə “Nəbati Nəşriyyatı”nın nümayəndəsi Vəhid Fatimi öz “İnstagram” səhifəsində məlumat paylaşara yazıb ki, bir aylıq səylərimizdən sonra Mərənd şəhər Mədəniyyət İdarəsi azər ayının əvvəllərindən etibarən Mərənddə türkcə-farsca kitab sərgisinin keçirilməsinə lisenziya verdi. Lakin noyabrın 8-də Mədəniyyət İdarəsinə çağırıldım. İdarənin rəisi qəribə bir tonda xəbərdarlıq etdi ki, ancaq bannerlərdə “türk” sözü yazılmayacağı halda sərginin keçirilməsinə icazə veriləcək.

Onun bu tələbindən başqa çarəmiz yox idi. Bir gün sonra, yəni sərginin açılmasına bir gün qalmış yenidən həmin idarəyə çağırıldım və idarənin rəisi heç bir qaneedici dəlil göstərmədən sərgi lisenziyamızın ləğv edildiyini bildirdi. Halbuki, bu lisenziyanı onun özü bir həftə öncə vermişdi”.

Qeyd edək ki, 2019-cu ildə də Mərənd şəhərində oxşar kitab sərgisinin keçirilməsinə aidiyyatı qurumlar buna icazə verilməmişdi. İran rejimi bu irqçi fəaliyyətlə Güney Azərbaycanda Azərbaycan türkcəsində kitabların yayılması və təbliğinə mane olmaq istəyir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …