Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejimi Qarabağa görə azərbaycanlı fəal Zeynal Tənhaini 5 milyon rial cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Təbriz şəhərindən olam azərbaycanlı milli-mədəni fəal Zeynal Tənhai İranın Ermənistana hərbi yardımına etiraz etdiyi üçün 5 milyon rial cərimələdi.

İran rejiminin Cinayət Məhkəməsinin 112-ci şöbəsi bununla bağlı qərar çıxarıb.

Bundan öncə isə rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi azərbaycanlı fəalı erməni təcavüzünü pislədiyinə görə şərləyərək “Sistemə qarşı təbliğat”da ittiham edib və bununla bağlı onu 3 aylıq həbs cəzası qarşılığında 3 milyon tümən nağd cərimə ödəməyə məhkum etmişdi.

Qeyd edək ki, keçən ilin oktyabr ayının 4-də İranın ETTELAAT məmurları heç bir məhkəmə hökmü təqdim etmədən Zeynal Tənhainin mənzilinə hücuma keçib, axtarış apararaq, ona və həyat yoldaşına aid telefonları müsadirə etmişdilər.

Azərbaycanlı fəal 500 milyon tümən girov qarşılığında məhkəmə işinin bitməsinə qədər müvəqqəti azadlığa buraxılmışdı.

Keçən ilin payızında Azərbaycana dəstək aksiyalarında yaxalanan azərbaycanlı fəalların bir sırası mühakimə olunub, bir sırasının isə mühakiməsi davam edir.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …