Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran Azərbaycanın radio məkanına müdaxilə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi ifratçılığı və terrorizmi yaymaq məqsədilə Azərbaycanın radio məkanına müdaxilə edir.

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu öz Feysbuk hesabında yazıb ki, “Masallıdan sonra Cəlilabad, Biləsuvar, Salyan və Qobustan rayonlarından keçib Bakıya çatırsan. Yeni çəkilən yol çox rahatdır. Adam ətrafa baxa bilir, üstəlik bəzən radiosunu da dinləmək istəyirsən. Amma bu ərazilərdə bizim FM dalğasında Azərbaycan radioları deyil, İran radioları yer alır”.

Naşir bunun məəttəl qalmalı iş olduğunu qeyd edib: “Necə ola bilər öz ərazində, öz yolunda öz radiolarını dinləyə bilməyəsən? Bu, nəylə bağlıdır? Niyə bizim dalğalar İran sərhəddinə yaxınlaşanda sıradan çıxır? Buna hansı qurumlar məsuliyyət daşıyır?!”

Mövzu barədə “Sherg.az”a danışan tanınmış media eksperti Zeynal Məmmədli bildirib ki, sualımız birbaşa Milli Tеlеviziyа və Rаdiо Şurаsına (MTRŞ) ünvanlanmalıdır:

“Bu qurum monitorinqlə də məşğuldur. MTRŞ texniki nüanslarla bağlı məsələni ən yüksək səviyyədə həll etməlidir. Məntiqə görə, belə məsələlər xüsusi xidmət qurumlarının, üstəlik parlamentin diqqət hədəfində olmalıdır. Çox ciddi məsələdir və dövlət güvənliyi kontekstində həllini tapmalıdır. Səhlənkarlığa yol verənlər, təbii ki, cəzalandırılmalıdır. Problem uzun müddətdir ki, var”.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …