Çərşənbə , Noyabr 29 2023
azfa

İran rejimi Təbrizdə Məhəmməd Füzuli ədəbi məclisinin keçirilməsinə icazə verməyib – VİDEO

 

GADTB-nin Mətbuat Mərkəzinin Güney Azərbaycan saytlarına istinadən yaydığı məlumata görə Təbrizdə İran adlanan ölkənin təhlükəsizlik orqanları “Füzuli Məclisi”nin keçirilməsinə icazə verməyi.

Məlumata görə, Təbrizdə həftədə bir dəfə Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığına həsr olunmuş ədəbi məclislər keçirilir. Bu həftə isə tədbir Azərbaycan və türk dünyasının görkəmli şairi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuşdur. Lakin İran rejiminin təhlükəsizlik qüvvələri məclisin keçirilməsinə mane olub.

Füzuli məclisi çərşənbə axşamı, saat 17:00-da Təbrizin şəhid Avini salonunda keçirilməli idi.

Füzuli Məclisinin təşkilatçılarından biri olan Dr. Fərman Fərzi bir video yaymaqla tədbirin keçirilməyəcəyini öncədən açıqlayıb. Açıqlamanı aşağıdakı diveodan dinləyə bilərsiniz:

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəalların vəziyyəti barədə məlumatsızlıq ciddi narahatlıq doğurur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ötən 2 ay ərzində həbs …

Molla rejimi azərbaycanlı milli fəal Əşakn Saadətmehri məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Əşakn Saadətmehr …