Cümə axşamı , Mart 27 2025
azfa

İran rejimi Təbrizdə tarixi abidənin damına telekommunikasiya qülləsi yerləşdirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Türk Millətinin izini silmək məqsədilə Güney Azərbaycanda tarixi abidələrin dağıdılmasına çalışan İran rejimi Təbrizin Sırxab məhəlləsinə yerləşən və Qacar şahı Müzəffərəddin şahın yeznəsinə məxsus olan tarixi Sürxə binasının damında telekommunikasiya qülləsi yerləşdirib.

Bu qüllə iki mərtəbəli tarixi binanın görünüşünü pozmaqdan əlavə, tarixi abidənin dağılmasına səbəb olur. Eyni zamanda tarixi abidənin üzərində belə qüvvələrin yerləşdirilməsi qanunla da qadağandır.

Qeyd edək ki, həmin tarixi bina milli əsərlər siyahısında qeydiyyata alınıb və Qacar şahı Müzəffərəddin şahın yeznəsi Mirzə Mehdi Fərraşbaşına məxsus çox möhtəşəm binadır.

Həmçinin yoxlayın

Qazaxıstan xarici işlər naziri: Bakı-İrəvan münasibətlərinin normallaşması geniş perspektivlər açır

GADTB: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiondan kənar bir çox ölkələr üçün geniş perspektivlər …

Pezeşkianın öz şəhərində də öz dilində danışması irqçi farsların etirazına səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın öz şəhərində də öz dilində danışması irqçi …