Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran və fars mediasının Gorus-Qafan yolunun bağlanmasına reaksiyası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran və fars mediası Gorus-Qafan yolunun bağlanması ilə bağlı Ermənistanı dəstəkləyiblər.

İranın Ermənistandakı səfirliyi Gorus-Qafan yolunun bağlanmasına reaksiya verib.

Səfirlik yolun tezliklə açılacağına ümidini ifadə edib.

“Ümid edirik ki, Zəngəzurun sərhəd ərazilərində, xüsusilə Gorus-Qafan yolunda yaranmış mübahisə həllini tapar.

Biz əvvəlki kimi ümid edirik ki, Azərbaycanla Ermənistan delimitasiya prosesini kommunikasiyaların kəsilməyəcəyi şəkildə sülh atmosferində həyata keçirəcək”- açıqlamada deyilir.

İran mediası, eləcə də fars vasitəsilə idarə olunan farsdilli media məsələni qərəzli şəkildə işıqlandırıb və Ermənistanı dəstəkləyiblər.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …