Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejimi Urmiya gölünə tökülən suyun qarşısını qəsdən almaqla Urmiya gölünü qurudur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Urmiya gölünə tökülən suyun qarşısını qəsdən almaqla Urmiya gölünü qurutmaqda davam edir.

Qərbi Azərbaycanın Ətraf Mühit İdarəsinin rəisi Mehran Nəzəri həmin məsələyə dolayı yolla etiraf edərək deyib ki, keçən il üçün Urmiya gölünə axıdılmalı olan suyun yalnız 32 faizi gölə buraxılıb.

O deyib ki, gölə axan çaylardan 3.4 milyard kobmetr su gölə buraxılmalı idi, lakin yalnız 1.1 milyard kubmetr su gölə buraxılıb.

Nəzəri bildrib ki, hazırda göldə 2.5 milyard kubmetr su vardır. Quraqlıq və gölün su payından başqa məqsədlər üçün istifadə edildiyi üçün gölə az həcmdə su buraxılıb.

Mehran Nəzəri son günlərin yğıntılı keçməsinə baxmayaraq keçən ilə nisbətən Urmiya gölünün su tarazının 65 sm az olduğunu bildirib.

Qeyd edək ki, artıq İran rejiminin öz rəsmiləri də gölə axan çayların qarşısını kəsməklə gölün qəsdən qurudulmasına etiraf edirlər.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …