GADTB-nin mətnuat mərkəzinin Qərbi Azərbaycan mətbuatına istinadən yaydığı məlumata görə Xoy məntəqəsinin böyük günəbxan və kədu toxumu bazarı xaricdən ucuz və keyfiyyətsiz məhsullar idxalı üzündən ciddi tənəzzüllə qarşılaşıb. İran rejiminin bu barədə məqsədli yanlış iqtisadi siyasəti bazarda tələb və təklif balansını pozub. Nəticədə günəbaxan və balqabaq əkən Azərbaycan əkinçiləri, eləcə də günəbaxan və kədu toxumu bazarında çalışan azərbaycanlılar ciddi iqtisadi xəsarətlə üzləşiblər.
Xoy məntəqəsinin Nəvayi kəndində bir əkinçinin dediyinə görə günəbaxan və kədu toxumunun hədsiz dərəcədə ölkəyə idxalı həmin məhsulun qiymətinin düşməsinə və əkinçilərin zərər etməsinə gətirib çıxarıb. Çünki, əkinçilərin həmin məhsuldan əldə etdiyi gəlir həmin məhsullar üçün sərf edilən xərclə təxminən bərabər gəlir. Bu da əkinçilərin qazancının olmamasına gətirib çıxarır.