Cümə axşamı , Dekabr 2 2021
azfa

İran rejimi Zəngəzur dəhlizinə mane olmaq üçün sərsəm bəyanat səsləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Zəngəzur dəhlizinə mane olmaq və Azərbaycanla Naxçıvanın, Türkiyə ilə Türküstanın birləşməsinə mane olmaq üçün əlindən gələni edir. Bu istiqamətdə Ermənistana Zəngəzurda hərbi baza təklif edib və hətta Rusiyanı da Azərbaycana qarşı qaldırmaq üçün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edib və Zəngəzurda hərbi baza məsələsini qaldırandan sonra açıq şəkildə Zəngəzur dəhlizi ilə bağlı bəyanat səsləndirərəd deyib ki, İran “Bölgə yeni və hədsiz tələblərə tab gətirə bilməz”.

 “İran digər ölkələrdən onun mehriban qonşuluq siyasətinə müsbət cavab verməsini gözləyir. Biz Qafqaz regionundakı geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik. “Sionistlər”in və terrorçuların mövcudluğundan və “sionist” rejimin təxribatçı hərəkətlərindən narahatıq. İran öz təhlükəsizliyinə və bölgənin təhlükəsizliyinə ciddi yanaşır”, – deyə nazir Rusiyaya səfərinin yekununda bildirib.

“Bütün qonşularımıza müraciətimiz bölgə xalqlarının maraqları naminə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi ilə bağlıdır”, – deyə Abdullahian əlavə edib.

İranlı nazir rusiyalı həmkarı Sergey Lavrovun Cənubi Qafqazda hərbi təlimlərin aparılması ilə bağlı dediklərinə toxunaraq qeyd edib:

“Cənab Lavrov Qafqaz bölgəsindəki hərbi manevrlərə işarə etdi. Azərbaycan Respublikası və digər ölkələr tərəfindən 6 təlim həyata keçirilib. İran son bir neçə gündə diplomatik kanallarla digər ölkələrə elan edilmiş yalnız bir təlim həyata keçirib. Bu manevrlər İranın daxilində Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Onların mesajı bölgədə sülh, dostluq və təhlükəsizliyə yönəlib”.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …