Çərşənbə axşamı , Aprel 14 2026
azfa

İran rejiminin Ali Məhkəməsi Hamid Qaraoğlaninin qaldırdığı iddianı rədd edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ali Məhkəməsi Urmia zindanında 13 illik həbs cəzasını çəkən azərbaycanlı fəal Hamid Qaraoğlani qaldırdığı iddianı rədd edib.

Qaraoğlani özü barəsində açılan cinayət işinə yenidən baxılması üçün qaldırdığı iddiaya rədd cavabı verilib.

Rejimin Ali Məhkəmə azərbaycanlı məhbus barəsində ilkin məhkəmənin çıxardığı 13 illik həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.

Hamid Qaraoğlani barəsində çıxarılan qərar fevralın 6-da İran Ali Məhkəməsinin 41-ci bölməsi tərəfindən təsdiq olunub, fevral 16-da isə elektron sistem vasitəsilə elan edilib.

Qeyd edək ki, Hamid Qaraoğlani 2020-ci il iyunun 27-də Urmiya şəhərində rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb, ETTELAAT-ın istintaq təcridxanasında dindirildikdən sonra 16 iyulda Urmiya zindanına köçürülmüşdü.

Hamid Qaraoğlani 2020-ci il sentyabrın 28-də keçirilən məhkəmədə “Amerika və İsrailə casusluq”, “Xarici mətbuatla əlaqə”, “İran rəhbərini təhqir etmək və Qasım Süleymaninin şəklini cırmaq” və “Xalq Mücahidləri Təşkilatına üzv olmaq”da ittiham olunaraq edam və həbs cəzasına məhkum edilmişdi.

2020-ci il dekabr ayının əvvəllərində işinə yenidən baxıldıqdan sonra haqqında çıxarılmış edam cəzasının ləğv olunması və 13 il həbs cəzasına məhkum edilməsi barədə məhkəmə qərar çıxarılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …