Çərşənbə , Aprel 22 2026
azfa

İran rejiminin antitürk siyasəti; azərbaycanlı yazıçıların adları Tehran küçələrindən yığışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi antitürk siyasətlə Tehranda adları küçələrə verilən iki azərbaycanlı yazıçının adını küçələrdən yığışdırdı.

Əlirza Zakani Tehranın icra başçısı kimi fəaliyyətə başlayarkən Antiazərbaycan addımı ilə gündəmə gəlib. O şəhərin 4 küçəsinin adı dəyişdirilib. 

Onlardan ikisi Güney azərbaycanlı yazıçılar Cabbar Bağçaban və Səməd Behrənginin şərəfinə adlandırılmış küçələrdir. 

Bu addımın səbəbi və küçələrin kimlərin adlarına veriləcəyi məlum deyil.

Qeyd edək ki, İran rejimi tez-tez etnik ayrıseçkilik siyasəti yürüdərək Güney Azərbaycanla bağlı bu cür qərəzli qərarlar verir. 

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …