Bazar , Sentyabr 19 2021
azfa

İran rejiminin Güney Azərbaycanda türk adlarına qoyduğu qadağa mövzusunda sənədli film çəkilib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda İran rejiminin türk adlarına qarşı qoyduğu qadağa barədə tanınmış azərbaycanlı rejissor Məhəmməd Əlimuradi qısametrajlı sənədli film çəkib.

Azərbaycanlı incəsənət adamı bu barədə özünün “İnstaqram” səhifəsində məlumat paylaşıb.

Məhəmməd Əlimuradinin çəkdiyi “Adım” adlı yeni sənədli filmdə üç azərbaycanlı ailənin öz övladlarına qoymaq istədikləri türk adları, buna qarşı rejimin tətbiq etdiyi məhdudiyyətlər və azərbaycanlı ailələrin mübarizəsi əks etdirilib.

Məhəmməd Əlimuradi yazıb: “Məsələyə yeni və fərqli bir baxış bucağından baxmaq istəmişəm. Bizə tanış olan bu əssasız qadağalar İranda uşaqlara ilk yaşlarından tətbiq olunur və onlara dünyaya gələndən dərhal sonra diktə edilmiş mədəniyyət və kimliyin acısını dadızdırır”.

Azərbaycanlı rejissor həmçinin İranda türk adlarına və ümumlikdə qeyri-farslara qarşı ayrıseçkiliyə toxunaraq yazır: “Ehtimal edirəm ki, tənqidi mövzuda olduğu üçün bu filmə də yayım icazəsi verilməyəcək. Ona görə özümün şəxsi sosial səhifəmdə filmin treylerini təqdim etmək istədim. Ümid edirəm ki, bu vasitə ilə xalqımız türk adları mövzusunda misilsiz mübarizəsinin bir parçası ilə tanış olacaq.

Qeyd edək ki, azərbaycanlı rejissor Məhəmməd Əlimuradi bundan öncə də Güney Azərbaycanda müxtəlif problemlər, o cümlədən ekoloji problemlər, İran adlanan yerdə türk dili və mədəniyyəti məsələləri və Azərbaycanın tarixi abidələrinə ögey münasibət və s. barədə bir neçə sənədli film hazırlamışdı. Lakin İran rejimi Əlimuradinin bir çox filminə yayım icazəsi verməyib.

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …