Şənbə , Aprel 27 2024
azfa

İran rejiminin həbs etdiyi Əlirza Fərşi və 8 məhbus etiraz məktubu yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Fəşafuyə zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Əlirza Fərşi və başqa 8 məhbus açıq məktubla zindanda onlara qarşı təzyiqlərə və bölmələrinin dəyişdirilməsinə etirazlarını bildiriblər.

Etiraz məktubunda yazılıb: “Zindanın 2-ci bölməsinin müdiriyyəti, özəlliklə Miryusifin yanlış idarəçiliklə biz məhbusların yerini əlavə cəza üsulu olaraq dəyişib, verdikləri hesabatlarda bizi iğtişaşçı və baş verən xaosun səbəbkarı kimi göstərərək hüquqlarımızdan məhrum ediblər. Ona görə də bu haqsızlılğa etiraz edirik”.

Məktubda yazılıb ki, zindan rəhbərliyinin yuxarı orqanlara verdikləri hesabatda ağır cinayətlər törətmiş məhkumlar tərəfindən döyülən və yaralanan siyasi məhkumları qəsdən iğtişaşın baş verməsində maraqlı tərəf kimi qələmə verir.

Məktubu imzalayan Əlirza Fərşi və 8 məhbus bildiriblər ki, zindan rəhbərliyinin bu hərəkətləri siyasi məhbuslara qarşı basqı olaraq edilir və onların ağır cinayətlər törətmiş məhkumlarla eyni bölmədə saxlanılması qanuna zidd hərəkətdir.

Məktubda qeyd olunub ki, baş verən qarşıdurmadan sonra siyasi məhbuslar ağır şəraiti olan bölməyə köçürülüblər.

Siyasi məhbuslar bütün bunları özlərinə qarşı qanunsuzluq kimi dəyərləndirib və zindan rəhbərliyinin bu davranışına etiraz ediblər.

Məktub yazan siyasi məhbuslar sonda qeyd ediblər: “Biz bu məktubu imzalayanlar zindan müdciriyyətinin fırıldaqçı, qərəzli və ədalətsiz davranışlarını pisləyir, bu insanlar tərəfindən bizə qarşı ağır işgəncələrə son qoyulmasını tələb edirik. Bütün insan haqları təşkilatlarını durumumuzla tanış olmaq üçün zindandan baxış keçirmələrini istəyirik.

Oktyabrın 11-də zindana xüsusi qüvvələr gətirilib, Əlirza Fərşi və başqa bir neçə məhbus zindanın 1-ci bölməsinə köçürülüb.

Rəsmi qurumların birgə yaydığı məlumata görə, Zindanlar Təşkilatının rəisi, müfəttişləri və başqa əlaqədar qurumların rəhbərlərinin iştirakı və xüsusi qüvvələrin müşayiəti ilə Əlirza Fərşi və zindanın 9-cu bölməsində saxlanılan bir neçə məhbus zindanın 1-ci bölməsinə köçürülüb. Məhbuslar isə buna öz etirazlarını bildirirlər.

Qeyd edək ki, Oktyabrın 8-də Tehranın Fəşafuyə zindanında ağır cinayətlər törətmiş cinayətkar məhbuslar siyasi məhbuslara hücum edib. Nəticədə siyasi məhbuslar döyülüb və onların bir neçəsi bədən xəsarəti almışdır.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …