Çərşənbə , Yanvar 15 2025
azfa

İran rejiminin “Şərq” qəzetinin Xocalı canilərini haqlı göstərməsi Güney azerbaycanlı rəsmilərin etirazına səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinin “Yolpress” saytına istinadən yaydığı məlumata görə, İran rejiminin “Şərq” qəzetinin Xocalı soyqırımını törədənlərlə müsahibəsi, onları haqlı göstərməsi, Azərbaycanın əzəli ərazisi Dağlıq Qarabağın ermənilərin reallıqda dövləti kimi göstərməsi rejimin Güney Azərbaycandan olan nümayəndələrinin və millət vəkillərinin etirazına səbəb olub.

Urmiyanın məclisdəki millət vəkili Nadir Qazipur “Şərq” qəzetinin işğalçı və soyqırım tördən separatçı rejiminin rəsmilərindən Masis Mayilyanla müsahibəsinə kəskin etirazını bildirərək deyib ki, Qarabağ islam ərazisidir və Azərbaycana aiddir.

Mühəndis N.Qazipur müsahibəsində həmçinin qeyd edib ki, Qarabağın işğal məsələsi müzakirələrlər həll edilməlidir. Bundan əlavə Azərbaycan dövləti Azərbaycan xalqının Qarabağı işğalçılardan geri qaytarma istəyini həyata keçirməlidir.

Əgər referendum yolu ilə də belə bir ölkənin yaradılmasına qərar verilsə, Qarabağ azərbaycanlı əhalisinin öz ərazilərinə qayıtmasından sonar belə referendum keçirilə bilər. Qazipur sonda “Şərq” qəzetinin adı çəkilən müsahibəsini ölkənin mənafeyinə zidd hesab etmişdir.

Qeyd edək ki, İran adlanan ölkə üzdə Azərbaycan Respublikası ilə dostluq etdiyini göstərsə də, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərlə birgə layihələr həyata keçirir, Dağlıq Qarabağa turlar təşkil edir və ermənilərin ruslardan sonar ikinci böyük himayədarıdır.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …

Bir cavab yazın