Cümə , Sentyabr 20 2024
azfa

İran rejiminin Təbrizdə başına buraxdığı tarixi Qaimməqam sarayı tövləyə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdə məqsədli şəkildə başına buraxdığı tarixi Qaimməqam sarayı tövləyə çevrilib.

Uzun illər ziyarətçilərə ev sahibliyi edən bu tarixi tikili son dövrlər baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Artıq baxımsızlıq nəticəsində tarixi abidənin qoyunların saxlandığı tikiliyə çevrildiyi bildirilir.

Rejimin Mədəni İrs Təşkilatı həmin tarixi abidəni bərpa etmək yerinə, onun dağılıb getməsinə şərait yaradır. Saray artıq hündür tikililərin arasında uçmaq təhlükəsilə üz-üzə qalıb.

Qeyd edək ki, Təbrizin tarixi Sırxab məhəlləsində Qaimməqam sarayı Nəsirəddin şah Qacar dövründə tikilib.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

GADTB: Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində …

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …