Çərşənbə , Oktyabr 21 2026
azfa

İran rejiminin Təbrizdə yaxaladığı Şəhruz Bərzgər vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şəhruz Bərzgərin bacısı Şadi Bərzgərin özünün İnstagram səhifəsində yazdığı məlumata görə, Şəhruz Bərzgər dünən vəsiqə girov qoyulmaqla məhkəmə vaxtınadək zaminə buraxıldı.

Qeyd edək ki, Şəhruz Bərzgər Şahin Bərzgərin qardaşıdır. O Təbrizdə keçirilən etirazlardan 2 gün sonra ailəsi ilə qısa telefon əlaqəsində məmurlar tərəfindən yaxalandığı və ETTELAAT-ın təcridxanasına aparıldığını bildirmişdi.

Azərbaycanlı fəalın qardaşı Şahin Bərzgər də etirazlarla bağlı yaxalanıb. Həlilik fəallara qarşı dəqiq ittiham elan olunmayıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …