Şənbə , Sentyabr 12 2026
azfa

Təbriz etirazlarında yaxalanan 3 fəalın sonuncü müdafiə iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 24-də Təbriz şəhərində keçirilən etirazla bağlı yaxalanan 3 azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudi, Fəraz Memar Azər və Hadi Məhəmmədinin son dindirmə iclası keçirilib.

Hər üç azərbaycanlı fəal 30 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Yaxalanan Məhəmməd Mahmudi, Fəraz Memar Azər və Hadi Məhəmmədi iyulun 31-də rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 16-cı istintaq bölməsində hakim Musəvinin sədrliyi ilə sorğu-suala tutulmuşalr.

Qeyd edək ki, Təbrizdə keçirilən etirazlarda 20 nəfərə yaxın yaxalanan etirazçının adı ictimailəşdilsə də, lakin zindanda olan fəalların verdiyi məlumata görə, Təbrizdə etirazlar ərəfəsində, etirazlarda və ondan sonrakı günlərdə həbs olunanların sayının 150 nəfər civarında olub.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …