Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejiminin yaxaladığı azərbaycanlı fəal Əfşar Mühibbə azadlıq tələb edildi

Milli fəallar məhbus azərbaycanlı fəala qarşı təzyiqlərə etiraz ediblər.

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 27-də Ərdəbildə azərbaycanlı milli fəallar rejimin həbs etdiyi azərbaycanlı fəal Əfşar Mühibbə dəstək məqsədilə onun fotolarının əks olunduğu posterləri şəhərin müxtəlif yerlərində divarlara yapışdırıb. Onlar bu vasitə ilə ona azadlıq tələb edib və rejimin qüvvələri və məhkəmə sisteminin ona qarşı təzyiqlərinə etiraz ediblər.

Fəalların yaydığı posterlərdə “Azərbaycanlı mədəni fəallara təcili azadlıq” şüarı yazılıb. Onlar beləliklə azərbaycanlı fəalların azadlığını tələb ediblər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Əfşar Muhibbin ailəsi rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinə meüraciət edərək azərbaycanlı fəalın zaminə buraxılması üçün təyin edilən 50 milyon tümənlik vəsiqəni təqdim etmişdilər. Lakin rejimin məhkəmə rəsmilər buna qarşı çıxmışdılar. Xüsusilə həmin şöbənin rəisi Hatif Qasımzadə onlarla vəhşicəsinə davranmışdı.

Azərbaycanlı fəal dekabrın 22-də günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq, İran rejiminin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinin istintaq idarəsinə çağırıldıqdan sonra “Sistemə qarşı təbliğat aparmaqda” və “Hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti aparmaq”da ittiham olunaraq rejimin Ərdəbildəki mərkəzi zindanına köçürüldüyünü bildirmişdi.

Azərbaycanlı milli fəal həmçinin bildirmişdi ki, rejimin Ərdəbildəki zindanının karantin bölməsinə salınıb və zaminə buraxılması üçün 50 milyon tümənlik girov qərarı çıxarılıb.

Əfşar Muhibbin telefon əlaqəsi zamanı həbs səbəblərini izah edə bilməyib. Lakin fəalın yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğu güman edilir.

Əfşar Muhibb bundan öncə 2021-ci il yanvarın 23-də iş yerindən çıxarkən rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmış və ETTELAAT təcridxanasına aparılaraq dindirilmişdi.

Azərbaycanlı fəal yaxalanma və dindirilməsi barədə məhkəmə qərarı tələb etsə də, buna məhəl qoyulmamış və səbəb də açıqlanmamışdı.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …