Çərşənbə , Sentyabr 23 2026
azfa

Başqa ölkələrlə yanaşı Azərbaycan da Türkiyənin “Turkovak” vaksinindən istifadə edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, qardaş Türkiyənin istehsalı olan “Turkovak” vaksini ilə bağlı 2-ci faza sınaq mərhələləri başa çatıb.

Onun sözlərinə görə, vaksinin Azərbaycana gətirilməsi gözlənilir:

“Vaksinin 3-cü faza sınaq mərhələlərinin Azərbaycanda tətbiqi gözlənilir. Yaxın zamanda klinik sınaqlara Azərbaycanda başlanacaq”.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …