Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran Rusiyanın müstəmləkəsi kimi Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Rusiyanın müstəmləkəsi kimi Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyib. İran müxtəlif dövlət saytları hətta xəbərlər təhrif edilmiş formada təqdim edirlər. Onlar elə göstərirlər ki, guya Rusiya Ukraynanın hərbi təcavüzünə məruz qalıb.

İranın qatil prezidenti İbrahim Rəisi isə ağası Putinlə telefonla danışarkən Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyib.

Rusiyanın Ukraynaya təcavüzündən bir neçə saat sonra İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə telefonda danışarkən Rusiyanın bu addımına dolayısı ilə dəstək verib.

Telefon danışığı zamanı Rəisi rusiyalı həmkarına baş verənlərin bölgənin və xalqların xeyrinə olacağına ümid etdiyini deyib.

“NATO-nun genişlənməsi müxtəlif bölgələrdə müstəqil ölkələrin sabitliyi və təhlükəsizliyi üçün ciddi təhdiddir”, – Rəisi bildirib.

Rusiya prezidenti Vladimir Putin isə telefon danışığında mövcud vəziyyətin təhlükəsizlik anlaşmalarının onilliklər ərzində pozulmasına və Qərbin Rusiyanın təhlükəsizliyini pozmaq cəhdlərinə “qanuni cavab” olduğunu iddia edib.

Xatırladaq ki, Rəisinin Putinlə telefon danışığı dünyanın bir çox dövlətlərinin Rusiyanın Ukraynaya təcavüzünü kəskin şəkildə pislədiyi və Moskvaya qarşı sanksiyalar dalğasının başladığı bir vaxta təsadüf edir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …